Məktəbimizin şagirdi Bolqarıstanda uğur qazandı.

         Bolqarıstanın Albenia şəhərində12-14 aprel tarixlərində Dünya Şotokan Karate Federasiyasının təşkilatçılığı ilə karate üzrə uşaq, yeniyetmə, gənc, böyük və veteranlar arasında 14-cü dünya çempionatı keçirilib.

       257 nömrəli tam orta məktəbin 7 e sinif şagirdi Anar Əlizadə12-13 yaşlılar arasında 50 kq çəki dərəcəsində dünya üzrə ikinci yerə layiq görülərək medal və diplomla təltif olunmuşdur.

       Anar 7 ildir peşəkar şəkildə karate ilə məşğuldur. Dəfələrlə müxtəlif yarışlarda iştirak edərək yüksək nəticələr əldə etmişdir. O, 2023 -cü ildə karate üzrə Respublika birincisi olmuşdur.

     Kollektiv adından şagirdimizi təbrik edir, uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi