“Məktəblərdə Məhəmməd Füzuli ayı” layihəsi

    "Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar cari ilin aprel ayı ərzində “Məktəblərdə Məhəmməd Füzuli ayı” layihəsinə start verilib.
    Layihənin məqsədi məktəblilər arasında milli-mənəvi dəyərləri təbliğ etmək, dahi şairin zəngin ədəbi-bədii irsi ilə bağlı gənc nəsli maarifləndirmək, onların yaradıcılıq, intellektual qabiliyyətlərinin inkişafı üçün şərait yaratmaq, eləcə də gənc istedadları üzə çıxarmaqdır.

    Bu gün 257 nömrəli tam orta məktəbin 7Ç sinfində Azərbaycan dili və ədəbiyyatı müəllimi Bahar Hüseynovanın təşkilatçılığı ilə açıq dərs keçirilmişdir. Dərsin mövzusu olaraq dahi şairin "Meyvələrin söhbəti" əsəri seçilmişdi. Şagirdlər əsərdən müəyyən parçalar səsləndirmiş, birlikdə əsərin müzakirəsinə qoşulmuşlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi