Reproduktiv sağlamlıq: yeniyetmələrin sirləri

        06.04.2024-cü il tarixində məktəbin psixoloqu Zöhrə İbrahimova reproduktiv sağlamlıq proqramına əsasən 9-cu sinif şagirdləri arasında "Yeniyetmələrin sirləri" mövzusunda məşğələ keçirdi.

      Yeniyetməlik yaş dövrü çətin, məsuliyyətli, problemli yaş dövrüdür. Uşaqlıq dövrü ilə gənclik dövrü arasında "keçid", "böhranlı yaş" dövrü sayılan yeniyetməlik çağında psixoloji və bioloji dəyişikliklər qabarıq şəkildə özünü biruzə verir.

       Bu dövürdə yeniyetmələrin duyğularında qeyri-sabitlik müşahidə olunur. Az öncə özünü gümrah, enerjili hiss edən yeniyetmə, az sonra yorğun, əldən düşmüş kimi hiss edir. Bu dövrdə yeniyetmələr duyğularını çox coşğulu yaşayırlar, daha çox xəyal qurur, tək qalmağa meyil edirlər.

    Bu dövr onlarda "mən"in daha da inkişaf etdiyi dövrdür. Yeniyetmələr bu dövrdə diqqət mərkəzində olmağa təriflənməyə ehtiyac duyurlar. Bu ehtiyaclarını ailə, valideynləri ödəmədikdə onlar fərqli qruplara meyl edir, qoşulurlar.

    Hər şeydən öncə valideynlər yeniyetmə övladını anlamağa, onun dəyərli olduğunu hiss etdirməlidir.

    Ailədaxili və istənilən mövzularda yeniyetmələri dinləməli, onların düşüncələrinə önəm verməlidir.

        Bütün yaş dövrlərində övladlar valideynlərdən sevgi görmək istəyirlər, ancaq yeniyetməlik dövründə sevgiyə xüsusi olaraq ehtiyac duyurlar. Bu səbəbdən hörmətli valideynlər övladlarınızdan sevginizi əskik etməyin.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi