Təmiz ətraf mühit yaratmaq üçün yaşıllıqları artırmalıyıq.

    Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli sərəncamının müvafiq tədbirlər planına uyğun olaraq 28.03.2024- cü il tarixində şagirdlər 257 nömrəli tam orta məktəbin ərazisində  ağacəkmə aksiyasında iştirak ediblər.
    Şagirdlər məktəbyanı sahədə ağaclara, bitkilərə qulluq edərək, onları saralmış yarpaqlardan təmizləyib, gövdəsində quruma, zəifləmə müşahidə olunan ağac və bitkiləri suvarmışlar.
    Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi ekoloji siyasət bu gün cənab prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir və öz bəhrəsini verməkdədir.  Artıq ənənəvi hal alan belə aksiyalar ölkəmizdə geniş vüsət alan yaşıllaşdırma kampaniyasına verilən dəstəkdir.
    Ağacəkmə aksiyalarının keçirilməsi eyni zamanda yaşıllıq zolaqlarını genişləndirmək, şagirdlər arasında təbiətə qayğı hissini təbliğ etmək üçün zəmin yaradır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi