Novruz bayramının tarixi, adət-ənənləri haqqında mühazirə keçirildi.

      "Dəyərlərimizi qoruyaq" layihəsinin icrası ilə bağlı tədbirlərimiz davam edir.

       Layihə çərçivəsində tədbirlər, “Nümunəvi dərs”lər, sinif təşkilat saatları, “Dəyirmi masa”, diskusiya, mühazirə, intellektual müsabiqə, yarış və sosial aksiyaların, məktəblilərin əl işlərindən ibarət sərgilərin keçirilməsi, xalqımızın adət-ənənələrinin yer aldığı kinofilmlərin nümayişi, mənəvi dəyərlərimizi əks etdirən guşə və divar qəzetlərinin hazırlanması nəzərdə tutulur.
      Məktəbimizin Biologiya  müəllimi Maarifə Məmmədova 7 "Ç" sinif şagirdlərinin iştiraki ilə layihə çərçivəsində Novruz adətlərinə həsr olunmuş dərs təşkil etdi. Maarifə müəllimə şagirdləri Novruz adət-ənənələri haqqında məlumatlandırdıqdan sonra, şagirdlər hazırladıqları  təqdimatlar haqqında danışdılar,şeirlər, Novruz nəğmələri səsləndirdilər. Layihənin həyata keçirilməsində əsas məqsəd milli-mənəvi dəyərlərimizin qorunması və zənginləşdirilməsi, təhsilalanların dəyərlərə məhəbbət ruhunda tərbiyə edilməsi, türk xalqlarının qədim tarixinin hərtərəfli öyrənilməsi, şagirdlərdə yaradıcı düşüncə meyillərinin gücləndirilməsindən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi