Milli-mənəvi dəyərlərimiz varlığımız, milli kimliyimizdir.
Hər bir xalqın milli-mənəvi dəyərləri, zəngin mədəniyyəti, özünəməxsus adət-ənənələri onun tarixi qədimliyinin əsas göstəricilərindəndir. Əsrdən-əsrə keçən, nəsildən-nəslə ötürülən bu dəyərləri qoruyub saxlamaq, yaşadıb inkişaf etdirmək hər kəsin doğma xalqı qarşısında mənəvi borcu, müqəddəs vəzifəsidir.
Təqdirəlayiqdir ki, Azərbaycan xalqı öz milli-mənəvi dəyərlərinə, qədim adət-ənənələrinə sadiqdir. Xalqımızın keçib gəldiyi tarixi yol, minilliklərlə formalaşmış bir çox ənənələrimiz bu gün də davam etdirilir.
257 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdləri də dəyərlərimizi yaşadaraq milli bayramımız olan Novruz bayramına aid sinif daxilində tədbir keçirmişlər. Onlar milli geyimlər geyinmiş, Novruz bayramına aid müxtəlif oyunlar oynamış, Novruz atributlarını nümayiş etdirmişlər.