IV siniflərdə "Orta qrup"a keçidlə bağlı diaqnostik işlər aparılır.
2024-cü il fevral-mart ayı ərzində 257 nömrəli tam orta məktəbin psixoloqu Firuzə Rəsulova tərəfindən məktəbin 4-cü sinif şagirdlərinin "orta qrup"a keçidi ilə əlaqədar olaraq diaqnostik işlər həyata keçirilir.
Psixoloji diaqnostik işlərin keçirilməsində məqsəd "orta qrup"a keçidlə əlaqədar olaraq, ortaya çıxa biləcək problemlərin qarşısını almaqdan ibarətdir.
4-cü sinifdən 5-ci sinifə keçidlə əlaqədar olaraq bir çox şagirddə gərginlik, qorxu, adaptasiya problemləri və s. yaranır.
Hər şeydən əvvəl,uşaq məktəbdə yeni şəraitə düşür, təlim materialı və dərsdə təlim işinin formaları mürəkkəbləşir, yeniyetmənin öz həmkarları və yaşlılarla ünsiyyəti, habelə məktəbdənkənar fəaliyyət növləri sahəsində əməli təcrübəsi xeyli genişlənir. Həmin şərait isə yeniyetmələrdə yaşlılarla münasibətdə yeni mövqe tutmaq, hərəkətlərində daha çox müstəqillik və sərbəstlik, öz yaşıdları ilə ünsiyyətində müəyyən yeniliklər yaratmaq meylinin meydana gəlməsinə səbəb olur.
Şagirdlərlə diaqnostik işlər yekunlaşdıqdan sonra fərdi dəstəyə ehtiyacı olan şagirdlər müəyyənləşdirildi.
Sonda şagirdləri maraqlandıran suallara cavab verildi.