"İdman həftəsi" layihəsinin mükafatlandırma tədbiri

Elm və Təhsil Nazirliyi təhsilalanların sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyalarının dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafı, bu sahədə kütləviliyin təmin edilməsi istiqamətində davamlı və məqsədyönlü işlər aparır. Bu məqsədlə “İdman həftəsi” layihəsi şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği məqsədilə 5 mart - Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində fevralın 28-dən martın 4-dək ölkənin bütün ümumtəhsil müəssisələrində keçirilir.
257 nömrəli tam orta məktəb də "İdman həftəsi" layihəsinin proqramına uyğun olaraq müxtəlif tədbirlər həyata keçirmişdir.
Bu gün isə müxtəlif idman növü üzrə nailiyyətləri olan şagirdlərin mükafatlandırılma mərasimi təşkil olundu. Məktəbli idmançılar məktəb rəhbərliyi tərəfindən "Fəxri fərman"larla təltif olundular