Sambo üzrə qalib idmançımız

    3-5 fevral 2020-ci il tarixlərində sambo idman növü üzrə 2005-2006-cı və 2007-2008-ci il təvəllüdlü idmançılar arasında “Təhsil” Respublika İdman Mərkəzinin açıq birinciliyi keçirilib. Yarışda məktəbimizin 8C sinif şagirdi Savalanlı Nizami yeniyetmələr arasında 49 kq çəki dərəcəsində yarışaraq III yerə layiq görülmüşdür.

    Şagirdimiz Fəxri diplomla təltif edilmişdir. Savalanlı Nizamiyə idman üzrə yarışlarda nailiyyətlərinin çox olmasını diləyirik!

    Qeyd edək ki, birinciliyin keçirilməsində məqsəd “Təhsil” Respublika İdman Mərkəzinin müvafiq yaş qrupları üzrə yığma komandasının formalaşdırılması, uşaq və yeniyetmələr arasında sambo idman növünün təbliğ edilməsi, yarış təcrübəsinin artırılması, idmançılar arasında dostluq əlaqələrinin gücləndirilməsindən ibarət olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi