9-cu şagirdləri ilə İmtahan qabağı həyəcanın aradan qaldırılması adlı seminar keçirildi

     5 mart 2024-cü il tarixində 257 nömrəli tam orta məktəbin psixoloqu Zöhrə İbrahimova tərəfindən buraxılış sinif şagirdləri ilə “İmtahan həyəcanının aradan qaldırılması” adlı seminar keçirildi. Seminarın keçirilməsində əsas məqsəd şagirdlərin imtahan qabağı həyəcan, stress hallarını müəyyənləşdirmək və bununla əlaqədar onlara psixoloji dəstək göstərməkdən ibarət idi.

    Psixoloq şagirdləri imtahan öncəsi yarana biləcək psixoloji və fizioloji dəyişikliklərlə bağlı məlumatlandırdı, imtahan zamanı həyəcanlarını idarə edə bilmək üçün dəyərli tövsiyyələrini verdi.

    Sonda şagirdləri maraqlandıran suallara cavab verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi