Sağlam qidalanma ilə bağlı maarfiləndirmə tədbiri
Bu gün 257 nömrəli tam orta məktəbdə "İdman həftəsi" ilə əlaqədar olaraq sağlam qidalanma ilə bağlı maarfiləndirmə tədbiri keçirildi. Tədbirdə məktəbin şagirdləri iştirak etdilər.
Tədbirdə məktəbin psixoloqu düzgün qidalanmanın sağlamlığın təmin olunmasında vacib şərt olduğunü vurğuladı və müxtəlif mövzularda, o cümlədən, uşaqların qidalanması, qeyri-sağlam qidalar, piylənmə və düzgün seçilmiş pəhriz, fiziki aktivliyin vacibliyi, uşaqlar üçün qida normaları və s. barədə müzakirələr aparıldı.