İdman viktorinası
5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar olaraq keçirilən "İdman həftəsi" layihəsinin davamı olaraq məktəbimizdə şagirdlər arasında "İdman viktorinası" təşkil edildi.
Viktorinada şagirdlərə müxtəlif idman oyunları barədə suallar verilmişdir. Yarışmada idmanın bütün sahələrini əhatə edən və yaş xüsusiyyətinə uyğun suallar tərtib olunub. Viktorinada qruplararası yarışmada müxtəlif siniflərin şagirdləri iştirak edib.
Belə viktorinaların keçirilməsinin əsas məqsədi uşaqlarda fiziki aktivliyə olan marağın artırılması, idmana bağlılığın erkən yaş dövründən yaradılması, şagirdlərin sağlamlığının möhkəmləndirilməsi vasitəsi ilə psixoloji dayanıqlılığının qorunmasına nail olmaqdır. Praktika göstərir ki, belə oyunlar həm də şagirdlər arasında sosiallaşmanın genişlənməsinə və təlim nəticələrinin yüksəldilməsinə də müsbət təsir göstərir.