İdman nailiyyətləri olan idmançılarla görüş
1 – 7 mart tarixlərində 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar elm və təhsil nazirinin müvafiq əmri ilə ölkənin bütün ümumi təhsil müəssisələrində idman həftəsinin keçirilməsi davam edir.
Bu gün məktəbimizdə idman nailiyyətləri olan idmançılarla məktəbin şagirdləri arasında görüş keçirildi. Görüş zamanı idmançılarımız məşğul olduqları idman növlərindən: karate, cüdo, akrobatika, boks və s. yarışlarda qazandıqları nailiyyətlərdən söz açdılar. Şagirdlər böyük maraqla onları dinləmiş, müxtəlif suallar vermişlər.
Görüşün sonunda qalib idmançılarımızla xatirə şəkilləri çəkdirilmişdir.