1 Mart - Ümumdünya Mülki Müdafiə Günüdür

    1 Mart - Ümumdünya Mülki Müdafiə Günüdür. 1972-ci il Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan olunmuş bu gün hər il kütləvi tədbirlərlə qeyd olunur. Azərbaycan bu nüfuzlu beynəlxalq təşkilata 1993-cü ildə üzv olub. 

    Məktəbin Fəaliyyət planına uyğun olaraq Mülki Müdafiə Günü ilə əlaqədar şagirdlərlə maarifləndirici söhbətlər aparıldı.

Dərslər zamanı fövqəladə hal anlayışı, mülki müdafiə, texnogen qəzalar, fərdi mühafizə vasitələri, yanğın, partlayış, zəhərlənmə təhlükəsindən mühafizə, dəm qazından zəhərlənmənin profilaktikası, "112" zəng xidmətindən istifadə mövzularında ətraflı məlumatlar verilib. Eləcə də şagirdlərin fövqəladə hallarla bağlı bilikləri yoxlanılıb. Dərs boyunca fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində videoçarx da nümayiş olunub.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi