26 fevral Xocalı Soyqırımı Gününə həsr olunmuş xüsusi dərs
Xocalı soyqırımı təkcə Azərbaycan xalqına deyil, insanlığa, bəşəriyyətə qarşı törədilmiş ən ağır və dəhşətli bir cinayətdir. Bu gün həmin qanlı cinayətdən 32 il ötür.
Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti, şanlı Azərbaycan Ordusunun rəşadəti sayəsində işğal altında olan torpaqlarımız azadlığa qovuşdu, Xocalı soyqırımına məruz qalanların qisası döyüş meydanında alındı.
Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı məktəbin tədbirlər planına uyğun olaraq 23 fevral 2024-cü il tarixində məktəbimizdə Xocalı soyqırımına həsr olunmuş xüsusi dərslər təşkil olunmuşdur.