Beynəlxalq Ana Dili Gününə həsr olunmuş dərs

    21 fevral 2024-cü il tarixdə məktəbimizdə Beynəlxalq Ana Dili Gününə həsr edilmiş dərs keçirilib.
    Dərsdə ana dilimizin qədimliyindən və zənginliyindən söhbət açılıb, milli dəyərlərimizlə yanaşı ana dilimizin gözəlliyinin, saflığının qorunmasının və inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Qeyd olunub ki, UNESCO-nun 1999-cu ilin noyabrında keçirilmiş baş konfransının 30-cu sessiyasında fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan olunub və 21 fevral 2000-ci ildən dünyada dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq üçün keçirilir.

    Bildirilib ki, ölkəmizdə Ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması, ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi