21 Fevral - Beynəlxalq Ana Dili Günüdür

    Fevral ayının 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur.

    Hər bir vətəndaş öz dilini yaxşı bilməklə yanaşı, həm də onu göz bəbəyi kimi qorumalıdır. Dilini qoruya bilməyən xalq məhvə məhkumdur. Dili qorumaq, ona müqəddəs sərvət kimi baxmaq lazımdır. Elə dili müqəddəs saydığımız üçün də ona Ana dili deyirik. Çünki öz dilimizdə danışmağı bizə anamız öyrədir. Bu dildə analarımız bizə laylay demiş, bayatı söyləmiş, Vətəni, milləti, milli-mənəvi dəyərləri sevməyi öyrətmişdir.

    Biz dilimizi sevdiyimiz kimi, onu təbliğ etməyi də bacarmalıyıq. Bu məqsədlə də məktəmizdə şagirdlərə Ana dili Günü ilə bağlı açıq dərslər keçirilmişdir. Onlara dilimizin tarixiliyi, özəlliyi və qorunması ilə bağlı məlumatlar söylınmiş, videosüjetlər nümayiş olunmuşdur.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi