14 fevral - Beynəlxalq Kitab Bağışlama Günü

     2012-ci ildən etibarən 14 fevral Beynəlxalq Kitab Bağışlama Günü kimi qeyd edilir. Məqsəd məktəblilərin elmə, təhsilə, eyni zamanda, kitaba marağının artırılması, onların dünyagörüşünün inkişaf etdirilməsidir.  

    257 nömrəli tam orta məktəbin şagirdləri də bu məqsədlə məktəbimizin kitabxanasında toplaşmışlar. Onlar burada müxtəlif yazıçıların kitabları ilə tanış olmuş, görkəmli ədiblərimizin kiçik hekayələrini oxuyub müzakirə etmişlər. Sonra şagirdlər gətirdikləri kitabları məktəbin kitabxanasına bağışlamışlar. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi