BÖYÜK SUMMATİV QİYMƏTLƏNDİRMƏLƏR MƏKTƏB RƏHBƏRLİYİ TƏRƏFİNDƏN MƏRKƏZLƏŞDİRİLMİŞ QAYDADA HƏYATA KEÇİRİLİR.

Böyük summativ qiymətləndirmələr Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin "Məktəbdaxili qiymətləndirmənin təşkilinə dair tövsiyələr"lə bağlı 15.09.2021-ci il tarixli, 03-08-681/13 nömrəli təlimati məktubuna (məktuba əlavə olunur) əsasən təşkil olunur.
Qiymətləndirmə vasitələri məktəb rəhbərliyi və metodbirləşmə rəhbərləri tərəfindən təsdiq olunaraq şagirdlərə təqdim edilib.
Şagirdlərin I yarımil üzrə bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə mərkəzləşdirilmiş qaydada BSQ keçirildi.
Qeyd edək ki, böyük summativ qiymətləndirmələrin keçirilmə qrafiki əvvəlcədən müəyyən edilmiş və təsdiqlənərək şagird və valideynlərin nəzərinə çatdırılmışdır.