" Uğur Ulduzu" Milli Mükafatının təqdimat mərasimi keçirilib.

     27 Dekabr Bakı Gənclər Mərkəzində layihə rəhbəri Elnurə İsgəndərova , təşkilatçısı Aygün Əzizovanın olduğu Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə "Uğurlarımızla 2024-ə  Uğur Ulduzu" Milli Mükafatının təqdimat mərasimi keçirilib. Tədbir Beynəlxalq Qalereya və "Abşeron" Gənclərin İnkişafı İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.

    Öncə Ulu Öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirib.

    Sonra qonaqlar müxtəlif yaş qrupundan olan rəssamların Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş rəsm əsərlərindən ibarət sərgiyə baxış keçiriblər.

    Tədbirdə 257 nömrəli tam orta məktəbin təsviri incəsənət müəllimi Sevinc Kərimovanın və şagirdlərimizin rəsm əsərləri də nümayiş olunmuşdur.  

    Sonda laureatlara qazandıqları nailiyyətlərə görə "Uğurlarınızla 2024-ə Uğur Ulduzu" Milli Mükafatı təqdim olunub.  Xatirə fotoları çəkilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi