"Bulling və ona qarşı mübarizə yolları " adlı maarifləndirici seminar

     Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəaliyyət planına əsasən 25.12.2023-cü il tarixində 257 saylı tam orta məktəbin psixoloqu Zöhrə İbrahimova "Bullinq" mövzusunda maarifləndirici seminar keçirmişdir. Seminarda əsas məqsəd sagirdlərlərin bullinq haqqında və bullinq probleminin həllində nə kimi rolu ola biləcəyi haqqında məlumat verməkdir. Bundan əlavə, şagirdlərə aktiv olaraq bullinq qurbanına necə yardım göstərə biləcəyi haqqında ipucları verildi və onlarla bullinq qurbanına qarşı empatiya, bullinq törədənə qarşı isə dözümsüzlük yaratmağa kömək edəcək maarifləndirmə xarakterli söhbətlər aparıldı. Şagirdlərə məktəbdə hər hansı bir bullinq şahidi olarkən ilk növbədə kimə müraciət edəcəklərini və kimə ən birinci xəbər etməli olduqlarını da öyrəndilər. Onlara, həmçinin bullinqi dayandırmaq və bullinqə məruz qalan tərəfi xilas etmək üçün ona dəstək olmaqdan çəkinməməyi psixoloq tərəfindən tövsiyə olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi