Akademik Ziya Bünyadovun 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans

    Dekabrın 20-də AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə akademik Ziya Bünyadovun anadan olmasının 100 illiyinə həsr edilmiş “Qədim və müasir Şərq: mənbələr, tədqiqatlar, perspektivlər” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Konfrans iştirakçıları görkəmli elm xadiminin ərsəyə gətirdiyi qiymətli əsərlərin bu gün də fundamental elmi tədqiqatlara bənzərsiz örnək kimi qəbul olunduğundan, Z.Bünyadovun “Azərbaycan Atabəylər dövləti” əsərinin Azərbaycan dövlətçilik tarixinə, şəxsiyyətlərinə həsr olunmuş dəyərli elmi əsər kimi bu istiqamətdə sonrakı tədqiqatlar üçün zəmin yaradaraq tədqiqatçılara bələdçilik etdiyindən söz açmışlar.

    Konfransda 257 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktör müavini Fərman Əmirov “Türkiyənin GAP ( Güneydoğu Anadolu Projesi) layihəsinin həyata keçirilməsi və onun regional nəticələri “ adlı məqaləsi ilə çıxış etmişdir.

    Fərman müəllimə konfrans iştirakçısı olaraq sertifikat təqdim olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi