ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ANIM GÜNÜ İLƏ ƏLAQƏDAR TƏDBİR

     Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günüdür.

     257 nömrəli tam orta məktəbdə ilk dərs saatı Hyedər Əliyevin anım gününə həsr olundu.

     Məktəbin akt zalında ümummilli lider Heydər Əliyevin Anım Günü münasibətilə tədbir keçirildi.

    Tədbir iştirakçıları əvvəlcə 1 (bir) dəqiqəlik sükutla Ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad etdilər.

Tədbirdə Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədilik qazanması barədə danışılmış, müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsinin tükənməz ibrət məktəbi olduğundan söz açılmışdır.

    Tədbirin davamında şagirdlər çıxış edərək Heydər Əliyevin kəlamlarını söyləmiş, ümummili liderə həsr olunmuş şeirlər səsləndirmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi