“Açıq qapı” günü

   Aprelin 20-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialında 2019-2020-ci tədris ili üçün bu ali məktəbə qəbulun şərtləri və qaydaları ilə tanışlıq məqsədilə “Açıq qapı” günü keçirilib. Tədbirə 700-dən çox şagird qatılı

    Tədbiri açan Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin ümumi topologiya və həndəsə kafedrasının müdiri, professor Yuri Sadovniçi “Açıq qapı” günündə iştirak edən professor-müəllim heyətini təqdim edib.

    Diqqətə çatdırılıb ki, Bakı filialında tədris M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tədris planları və proqramları əsasında müasir innovasiya texnologiyaları və tədris üsullarının tətbiqi ilə keçirilir.

    Tədbirdə məktəbimizin XIsinif şagirdləri də iştirak etmişlər.  

    Çıxış edənlər tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıblar.

    Sonra tədbir iştirakçılarına xüsusi avtobuslarda Xocasəndə MDU-nun Bakı filialının kampusuna getmək imkanı yaradılıb.

    Beləliklə, tədbir iştirakçıları bu ali təhsil müəssisəsinin filologiya, tətbiqi riyaziyyat, kimya, psixologiya, iqtisadiyyat və fizika fakültələrində bakalavr və magistr hazırlığı ilə bağlı hərtərəfli məlumat əldə ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi