Ana dilimizin saflığını qoruyaq!

    Ulu Öndər Heydər Əliyev bildirirdi ki, öz ana dilini bilməyən adamlar şikəst adamlardır: “Ana dilini bilməmək, ana dilini qiymətləndirməmək şübhəsiz ki, xalq qarşısında böyük qəbahətdir.” Ulu Öndər dilimizin saflığının qorunmasında xüsusi xidmətlləri olan yazıçı-dramaturq M.F. Axundov və yazıçı, dövlət və siyasi xadim N.Nərimanovu Azərbaycan dilinin əvəzsiz tədqiqatçıları adlandırırdı.

    “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” sözləri ilə milli varlığımızın ifadəsi olan Azərbaycan dilinə məhəbbətini ifadə edən Ulu Öndər respublikaya rəhbərliyinin bütün dövrlərində Azərbaycan dilinə çox qayğı ilə yanaşmış, onun saflığı, yad təsirlərdən qorunması üçün səylərini əsirgəməmişdir. 

    257 nömrəli tam orta məktəbdə bu gün ana dilimizin saflığının qorunması mövzusunda açıq dərs keçirilmişdir. Dərs zamanı şagirdlərə zəngin tarixi, milli varlığımızın rəmzi olan Azərbaycan dilinin şərəfli inkişaf yolu keçərək dünya dilləri sırasına nüfuz etməsindən söz açılmış, ana dilimizin inkişafı, qorunub saxlanması, saflığı, zənginləşməsi istiqamətində görülən işlər barədə məlumat verilmişdir. Sonra şagirdlər Azərbaycan dilinə həsr olunmuş şeirlər, aforizmlər söyləmişlər.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi