"Erkən və qohumlararası nikahların qarşısının alınması" mövzusunda maarifləndirici seminar

     Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli 71s nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı"na uyğun olaraq 29 noyabr 2023-cü il tarixində Ədalət Abbasov adına 257 nömrəli tam orta məktəbdə məktəbin psixoloqu Zöhrə İbrahimova "Erkən və qohumlararası nikahların qarşısının alınması" mövzusunda maarifləndirici seminar keçirmişdir. Seminarda erkən nikahın Azərbaycanın ailə genefonduna təsiri baxımından, aktual problemindən, səbəblərindən və bundan başqa erkən nikahların cəmiyyət üçün də mənfi fəsadlarından danışıldı. Məqsəd: erkən nikahın qanun pozuntusu olmaqla yanaşı, həm də insan psixologiyasına, xüsusilə də azyaşlı qızların sağlamlığına təhlükə yaratdığını və böyük fəsadlara yol açdığını aşılamaqdır.

    Tədbirdə bu mövzuda slayd ,video-çarx nümayiş olundu. Hər bir şagird bu mövzuda öz fikirlərini bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi