"Zərərli vərdişlərə yox deyək"

    24 noyabr 2023-cü il tarixində 257 nömrəli tam orta məktəbin psixoloqu Firuzə Rəsulovanın təşkilatçılığı ilə məktəbin yuxarı sinif şagirdləri ilə birlikdə "Narkotika və digər zərərli vərdişlərin insan sağlamlığına vurduğu ziyanları" əks etdirən rəsmlər çəkilmişdir. 
    Daha sonra şagirdlərə narkotika, ondan asılılıq nədir, törətdiyi fəsadlar, zərərli vərdişlərdən qorumağın yolları barəsində ətraflı məlumatlar verilib, bu məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb. 
    Hər il məktəbin fəaliyyət planına uyğun olaraq yetkinlik yaşına çatmayanların zərərli vərdişlərdən qorunmasını təmin etmək məqsədi ilə müxtəlif tədbirlər keçirilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi