"İnsan alveri - müasir köləlik"

  24 noyabr 2023-cü il tarixində 257 nömrəli tam orta məktəbin psixoloqu Firuzə Rəsulovanın təşkilatçılığı ilə məktəbin 9-cu sinif şagirdləri arasında "İnsan alveri və onun qarşısının alınması" mövzusunda maarifləndirici seminar keçirildi. Seminarın keçirilməsinin əsas məqsədi şagirdlərə insan alveri, bu bəlanı doğuran səbəblər, insan alverinin nəticələri, insan alveri ilə aparılan mübarizə, bu mübarizənin qanuni əsasları barədə şagirdləri məlumatlandırmaqdan ibarətdir. 
    İnsan alveri – yəni zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla, şəxsin istismar edilməsi məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsidir.
    Görüşdə şagirdlərin insan alveri qurbanına çevrilməməsi üçün nələri bilmələri, həmçinin , insan alverinə qarşı mübarizə tədbirləri, onun profilaktikası, insan alveri qurbanlarının müdafiəsi və onlara köməklik göstərilməsi barədə məlumat verildi.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi