Yeniyetmələrin peşə meyillərinin müəyyən edilməsi və karyera yönümlü işin təşkili

    Orta məktəb şagirdlərinin yeniyetməlik dövründə verdikləri qərarları daim dəyişmək meyli onların hansı peşəni seçəcəkləri ilə bağlı qərarlarına da təsir edir. Peşə seçimi  ilə bağlı verəcəkləri səhv qərarların həyatlarına necə təsir edəcəyi ilə bağlı real proqnozlar formalaşdırmaqda problem yaşayırlar. Bu səbəbdən də gənclərin peşə yönümlülüyünə uyğun maarifləndirici seminarlar keçirilir. 
    Bu məqsədlə Şəhid Ədalət Abbasov adına 257 nömrəli tam orta məktəbin psixoloqu Zöhrə İbrahimova 9-cu sinif şagirdləri ilə peşə seçimi haqqında seminar keçirmişdir.
    Şagirdlər özlərinə ən uyğun peşəni seçə bilmələri üçün ilk növbədə öz maraq və qabiliyyətlərini tanımalıdırlar. Psixoloq şagirdlərin hansı sahəyə maraq və meyillərinin olmasını aydınlaşdıraraq onlara öz tövsiyələrini vermişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi