Sağlam həyat tərzi ilə bağlı maarifləndirici görüş
22 noyabr 2023-cü il tarixində 257 nömrəli tam orta məktəbin psixoloqu Firuzə Rəsulovanın təşkilatçılığı ilə məktəbin yuxarı sinif şagirdləri arasında "Gənc nəslin sağlam həyat tərzi, pis vərdişlərdən qorunması, narkotik maddələrin mənfi fəsadları" ilə bağlı maarifləndirici seminar keçirildi. Seminarın keçirilməsinin əsas məqsədi şagirdlərə narkotik maddələrin mənfi fəsadları, yaratdığı xəstəliklər və zərərli vərdişlərdən qorunmağın yolları barədə məlumat verməkdən ibarətdir.
Seminarda “ağ ölüm”ün insan həyatını necə məhv etməsi haqqında geniş məlumatlar verilib, tütün məmulatlarına, siqaretə, elektron siqaretə, qəlyana alışmağın mənfi bir vərdiş olması və ömür boyu insanın sağlamlığında sağalmaz fəsadlar yaratması real faktlarla çatdırılıb. Eyni zamanda narkomaniyaya aid slayd nümayiş etdirilib. Slaydda narkotik maddələrin insan həyatına vurduğu ziyanlar, yaranan sağalmaz xəstəliklər və xəstələrin necə ağır vəziyyətlərə düşməsi ilə bağlı məlumatlar əks olunmuşdur.
Daha sonra seminar iştirakçılarına narkotika, ondan asılılıq nədir, törətdiyi fəsadlar barədə ətraflı məlumatlar verilib, bu məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.
Sağlamlığımızı qoruyaq - narkomaniyaya yox deyək!