Gigiyena və düzgün qidalanma sağlamlığın əsasıdır.

    Azərbaycan Respublikası  Elm və Təhsil Nazirliyinin 2023-cü il 13 fevral tarixli əmrİlə təsdiq edilmiş "Ümumi təhsil müəssisələrinin 8-9-cu siniflərində reproduktiv sağlamlıq mövzusunda məşğələlər üzrə metodik vəsaitə" əsasən məktəbin psixoloqu Zöhrə İbrahimova 22 noyabr 2023- cü il tarixində məktəbdə "Gigiyena və sağlam qidalanma sağlamlığın əsasıdır" mövzusunda Vlll sinif şagirdləri arasında maarifləndirici məşğələ  keçirilib.      

    Seminarda şagirdlərə gigiyena barədə zəruri informasiyalar ( şəxsi və ümumi gigiyena qaydaları), sağlam və rasional qidalanma, ətraf mühitin insan sağlamlığına təsiri haqqında məlumat verildi və verilən informasiya üzərindən aktiv diskussiyalar aparıldı. Mövzuya əsasən şagirdlər qruplara ( diyetoloqlar, dermatoloqlar, stomatoloqlar) bölünərək təqdimatlar hazırladılar. Şagirdlərin hazırladıqları təqdimatlar üzərindən günün informasiyası möhkəmləndirildi.

      Seminarı atalarımızın “Sağlam bədəndə, sağlam ruh olar” deyimi ilə yekunlaşdırdıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi