IX Beynəlxalq Kitab Sərgisinə ekskursiya

    2009-cu ildə əsası qoyulan Bakı Beynəlxalq Kitab Sərgisi 9-cu dəfə kitabla bağlı və kitaba bağlı olan hər kəsi – naşirləri, yazarları, kitabın çapı, yayımı ilə məşğul olan təsisatları, kitabxanaları, bu sahədə aidiyyəti dövlət qurumları, ən nəhayət, oxucuları bir araya gətirib.                                                                                                                                                  Noyabrın 11-də Bakı Ekspo Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə IX Bakı Beynəlxalq Kitab Sərgisinin açılışı keçirildi.                                                                             Məktəbimizin şagirdləri də bu sərgidə iştirak etdilər. Onlar çox böyük maraqla kitablarla tanış olmuş, müəlliflərə suallar verərək kitablar haqqında geniş məlumatlar əldə etmişlər.     Sonra şagirdlər orada təşkil olunmuş intellekt yarışmasında da iştirak etmişlər. Sonda iştirakçılara kitablar hədiyyə edilmişdir.                                                                                        Şagirdlər bu sərgidən böyük məmnuniyyət hissi ilə qayıtmışlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi