"Zəfər Günü" ilə əlaqədar Breyn-rinq psixo-intellektual bilik yarışması
02.11.2023-ci il tarixində məktəbin psixoloqu Zöhrə İbrahimova tərəfindən Ədalət Abbasov adına 257 nömrəli tam orta məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 3-29-59/3-2-387F/2023 nömrəli əmrinə əsasən “7-dən 17-yə vətənpərvər!” layihəsi çərçivəsində "Zəfər Günü" ilə əlaqədar Breyn-rinq psixo-intellektual bilik yarışması keçirildi.
Psixoloq Zöhrə İbrahimova qələbənin Azərbaycan xalqı üçün önəmli və qürurverici olduğunu şagirdlərə bildirdi. Beş raunddan ibarət olan yarış maraqla qarşılandı. Sonda maraqlı təqdimatlarla çıxış edən komandalar çox gözəl çıxışlar etdilər. Yarışmada " Şuşa" " Xankəndi", "Xarı bülbül", "Dəmir yumruq", "Qarabağ Azərbaycandır" adlı 5 komanda iştirak edirdi. Məqsəd şagirdlərin Vətənpərvərlik hisslərini ,İdrak proseslərini, Məntiq və IQ bacarıqlarını, istedadlarını daha da inkişaf etdirmək idi.