VI və IX siniflərdə monitorinq
30 oktyabr 2023-cü il tarixində 257 nömrəli tam orta məktəbdə VI və IX siniflərdə monitorinq keçirilmişdir.
Monitorinq buraxılış fənləri üzrə aparılmışdır və əsas məqsədi şagirdlərin biliklərini, oxuyub-anlama bacarığını və məntiqi təfəkkürlərini yoxlamaq olmuşdur.
Məktəbdə keçirilən monitorinqlər təhsilin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynayır və mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.