REPRODUKTİV SAĞLAMLIQ-TƏHLÜKƏSİZ İNFORMASİYA

         25.10.2023-cü il tarixində məktəbin psixoloqu  Zöhrə İbrahimova tərəfindən şagirdlərlə "Reproduktiv sağlamlıq-təhlükəsiz informasiya" haqqında maarifləndirici seminar keçirilmişdir. Burada əsas məqsəd şagirdlərə etibarlı informasiya anlayışını izah etməkdən ibarət olmuşdur.
    Biz internetdə axtarış edərkən çox vacibdir ki, informasiya dəqiq, mötəbər, yoxlanılmış olsun, insanların psixikasına əks-təsir göstərməsin. Vəziyyət isə belədir ki, bu gün praktik olaraq hər bir istifadəçi internetdə hər nə istəsə yerləşdirə bilər. Hərdən insanlar yanılaraq hesab edirlər ki, internet səhifələrində yerləşdirilmiş informasiya ən müasir, qiymətli və düzgündür. Ancaq informasiya mənbələrini tənqidi qiymətləndirmək üçün bir neçə meyar vardır.
    Əsas meyar mənbənin və ya veb-sənədin müəllifinin etibarlılığıdır. Səhifənin mötəbərliyini öyrənmək üçün onun veb-ünvanını - URL ünvanını müəyyənləşdirmək faydalıdır. Məsələn, gov – göstərir ki, bu, dövlət müəssisəsinin saytıdır; edu –təhsil müəssisəsinin, universitetlərin saytıdır; com – kommersiya təşkilatlarında istifadə edilir; org - əsasən gəlirsiz işləyən ictimai təşkilatların saytıdır.
    Hər hansı suala cavab axtaranda da bu təcrübəni yada salmağı və mötəbər informasiya mənbələrinə müraciət etmək şagirdlərə tövsiyə olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi