Şagirdlərin tibbi-proflaktik müayinəsi

    Uşaqların müayinəsi – uşaqların sağlamlığının qorunması, normal fiziki inkişafının təmin edilməsi və xəstəliyin ilkin mərhələdə aşkar edilməsi məqsədilə kompleks profilaktika, diaqnostika və müalicə-sağlamlaşdırıcı tədbirlərdən ibarətdir. Xəstəliklərin və əlillik hallarının əksəriyyətinin təməlinin uşaq yaşında qoyulduğunu nəzərə alaraq, uşaqlar arasında xəstəliklərə səbəb olan risk faktorlarının aşkar edilməsi və qarşısının alınması, kəskin və xronik xəstəlikləri olan uşaqların erkən aşkar edilməsi, onların müalicəsi və nəzarətə götürülməsi məqsədi ilə icbari tibbi müayinələrin aparılmasının, aşkar edilmiş xəstə uşaqların müayinəyə cəlb edilməsinin və müalicə-sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsinin müstəsna əhəmiyyəti vardır.
    Bu məqsədlə 18.10.2023 -cu il tarixində Xətai rayonu Ədalət Abbasov adına 257  nömrəli tam orta məktəbdə 4 nömrəli Uşaq Poliklinikasının həkimləri tərəfindən şagirdlərin tibbi müayinəsi həyata keçirildi. Məktəbdə müayinəyə ehtiyacı olan hər bir şagird həkim nəzarətindən keçərək, onları narahat edən səbəbləri həkimlərə bildirdilər. Şagirdləri müayinə edən həkimlər onlara müvafiq tövsiyələr verdilər və profilaktik tədbirlər həyata keçirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi