Müstəqilliyin Bərpası Günü

    18 Oktyabr-Müstəqilliyin Bərpası Günü ilə əlaqədar 257 nömrəli tam orta məktəbdə tədbirlər keçirilmişdir.

    Məktəbimizdə müstəqilliyimizin bərpasının 32-ci ildönümünə həsr olunmuş açıq dərsdə və məktəbin kitabxanasında təşkil olunmuş dəyirmi masa arxasında 32 il əvvəl-1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Soveti tərəfindən dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi, həmin tarixi dövr barədə şagirdlərə ətraflı məlumat verilib.

    Azərbaycan xalqı bu bayramı tarixi qələbəmiz sayəsində ərazi bütövlüyünü tam bərpa etmiş xalq kimi qeyd edir. Bu baxımdan dövlətçilik tariximizdə müstəsna əhəmiyyətə malik, xüsusən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin mahiyyətinin daha dəqiq ifadə olunması və şagirdlərə bu barədə məlumatların daha ətraflı çatdırılması böyük önəm kəsb edir.

    Açıq dərsdə müstəqillik tariximizdən bəhs edən videoçarx və sənədli filmlər də nümayiş etdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi