V sinif şagirdlərinin orta təhsil pilləsinə adaptasiyası istiqamətində işin təşkili
Məktəbin İllik "Fəaliyyət Planı" na uyğun olaraq 26.09.2023 cü il tarixində V sinif şagirdlərinin orta təhsil pilləsinə adaptasiyası istiqamətində psixoloji iş aparılmışdır.
Məktəbin psixoloqu Zöhrə İbrahimova 5-ci siniflərin orta təhsil pilləsinin adaptasiya prosesinə kömək məqsədi ilə onlarla psixomaarifləndirici söhbət aparmışdır.
Şagirdlərlə "V sinif şagirdlərinin Adaptasiyası dövründə həyəcanlılığın aşkar edilməsi sorğusu" keçirmişdir. Sorğunun nəticələri tədqiq olunaraq psixoloji dəstək ehtiyacı duyan şagirdlərlə fərdi görüşülmüşdür.