Anım Gününə həsr olunmuş tədbir
Məktəbin İllik "Fəaliyyət Planı" na uyğun olaraq 27 sentyabr Anım Gününə həsr olunmuş silsilə tədbirlər davam edir.
Sentyabrın 27 də "ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR "başlığı altında tədbir təşkil edilmişdir.
Məktəbin direktoru Qarat Qaratov Vətən müharibəsi və Qarabağda aparılan lokal antiterror əməliyyatları haqqında məlumat vermiş, müqəddəs şəhidlərimiz bir dəqiqəlik sükutla yad etmişdir.
Tədbirdə şagirdlərin ifasında vətənpərvərlik ruhunda şeir və mahnılar səslənmişdir.
Məqsəd Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan ərazilərin azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin təşviqi, Azərbaycan Ordusunun şanlı qələbəsi barədə maarifləndirici tədbirlərin görülməsi, Vətən müharibəsində canlarından keçmiş Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi və şagirdlərdə vətənpərvərlik hislərinin gücləndirilməsidir.