Milli Musiqi Gününə həsr olunmuş açıq dərs
18 sentyabr – dahi Azərbaycan bəstəkarı və musiqişünası, milli bəstəkarlıq məktəbinin banisi, müasir Azərbaycan musiqi mədəniyyətinin qurucusu, Şərqdə ilk opera və musiqili komediyaların yaradıcısı, böyük mütəfəkkir alim, pedaqoq, dramaturq, publisist Üzeyir Hacıbəyovun doğum günü - ölkəmizdə musiqi bayramı kimi qeyd olunur.
Bu məqsədlə 22 sentyabr 2023-cü il tarixində 257 nömrəli tam orta məktəbin 8c sinfində açıq dərs keçirilmişdir. Dərsin təşkilatçısı məktəbimizin musiqi müəllimi Könül Orucova olmuşdur. O, şagirdlərə Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəyovun həyat və yaradıcılğı haqqında danışmış, Azərbaycanın musiqi tarixində dahi bəstəkarın misilsiz xidmətləri olduğu, milli musiqimizi dünya səviyyəsinə yüksəltdiyini diqqətə çatdırmışdır.
Daha sonra Üzeyir Hacıbəyova məxsus əsərlər səsləndirilmişdir.