BİLİK GÜNÜ
Sentyabrın 15-də 257 nömrəli tam orta məktəbdə yeni dərs ilinin başlanması münasibəti ilə rəsmi tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Qarat Qaratov qonaqları, müəllim və şagirdləri salamladı. Tədbirdə Xətai rayonu İcra Hakimiyyətinin nümayəndəsi Teymur Əzizov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Ləman Quliyeva, məktəbin şəhid məzunları Ədalət Abbasovun və Ceyhun Həsənovun valideynləri iştirak edirdilər.
2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar məktəbin direktoru məlumat verdi ki, bu gün ilk dərslər “ Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur” mövzusuna həsr olunmalıdır.
Sonra da siniflərdə bu mövzuya həsr olunmuş dərslər tədris edildi.