PEDAQOJI ŞURANIN ILK ICLASI

        13.09.2023-cü il tarixində 257 nömrəli tam orta məktəbdə 2023-2024-cü tədris ili üzrə ilk Pedaqoji Şura iclası keçirildi.

       İclasda məktəb rəhbərliyi və müəllim kollektivi iştirak etdi. Pedaqoji Şura iclası məktəbin direktoru Qarat Qaratovun çıxışı ilə başladı. O, pedoqoji kollektivə yeni dərs ilində uğurlar  arzuladı və ardınca gündəlikdə olan məsələlər haqqında müəllimləri məlumatlandırdı.

     Daha sonra direktor müavinlərinin 2023-2024-cü tədris ilindəki nəticələr əsasında hazırladıqları hesabatlar kollektivin diqqətinə çatdırıldı. Yeni tədris ilində təklif, qarşıda duran hədəflər və gündəlikdəki məsələlər müzakirə edilərək ilk dərslərin "Heydər Əliyev Azərbaycanın qurucusu və xilaskarıdır" mövzusunda keçirilməsi, dövlət dilinin tədris keyfiyyətinin yaxşılaşdırılması, ümumi təhsil səviyyəsi tədrisin keyfiyyətinin yüksəldilməsi, məktəbəqədər təhsilin keyfiyyətinin yüksəldilməsi və s. haqqında danışıldı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi