Son zəng !
257 nömrəli tam orta məktəbdə bu gün Son zəng Günüdür!
Tədbirə Dövlət Himnimizin səsləndirilməsi ilə başlanıldı.
Baş tutan tədbirdə məktəb rəhbərliyi, müəllimlər, valideynlər və ictimaiyyətin nümayəndələr, şagirdlər iştirak edirlər. Tədbirdə söz alan müəllimlər və 11-ci sinif şagirdləri məktəblə bağlı xatirələrini bölüşüblər.
Məktəbimiz şəhid Ədalət Abbasovun adını daşıyır, onun xatirəsi əziz tutularaq məktəbin rəhbərliyi tərəfindən tədbirə ailə üzvləri də dəvət olunmuşdu. Şəhidin ailə üzvləri çıxış edərək məzunlara ürək sözlərini və arzularını söylədilər.
Sonda qonaqlar, məktəbin rəhbərliyi və şagirdlər Vətən uğrunda canını fəda etmiş igidlərimizin abidəsi önündə xatirə çəkilləri çəkdirmişlər.