Qərbi Kaspi Universitetinin orta məktəbinə səfər

    “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası İB-nin Elm və Təhsil nazirliyinin keçirdiyi qrand layihə çərçivəsində icra etdiyi “İCMA Mərkəzi” layihəsində iştirak edən 257 nömrəli tam orta məktəbin müəllimləri 12 may 2023 tarixində Qərbi Kaspi Universitetinin orta məktəbinə səfər etdilər. Səfərin əsas məqsədi özəl məktəbin təcrübəsini öyrənmək  idi. Səfər zamanı əvvəlcə məktəbin direktor müavini Nida Ədhəmzadə müəllimlərin suallarını cavablandırdı. Suallar əsasən dərsliklər, dərsin təşkili, inklüziv təhsil, sinfin idarə edilməsi və s. mövzuları əhatə edirdi.

    Nida xanımla görüşdən sonra müəllimlər məktəblə daha yaxından tanış oldular və məktəbin təcrübəsini öyrənmək üçün ixtisaslarına müvafiq olaraq siniflərdə dərsləri izlədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi