"İnsan hüquqları aylığı" çərçivəsində dəyirmi masa keçirildi

    Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-i ölkəmizdə "İnsan Hüquqları Günü" kimi qeyd olunur. 

Bununla bağlı iyunun 5-də məktəbin tarix müəllimi Səbinə Məlikova məktəblilərlə "Hüququnu bil və insan alverinin qurbanı olma" adlı dəyirmi masa keçirdi. İlk olaraq Azərbaycan Respublikasının insan hüquqları ilə bağlı beynəlxalq sazişlərə qoşulması, hüquqi mexanizmlərin təkmilləşdirilməsi və digər məsələlər ölkəmizdə insan hüquqlarına verilən dəyərin əsas göstəricisi olduğu vurğulandı. Dəyirmi masanın iştirakçılarına bu sahədəki mövcud qanunvericilik barədə məlumat verilərək, dövlətimizin uşaqlara göstərdiyi diqqət və qayğıdan danışıldı. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi