Şagirdlərimiz “1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə əlaqədar tədbirdə

    Uşaqların Beynəlxalq Müdafiəsi Günü – iyunun 1-də Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı” keçirilib. Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə keçirilən festivalda müxtəlif yaş kateqoriyasında olan uşaqların hər biri öz maraq dairəsinə uyğun əylənə bilib. Belə ki, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində təşkil edilən festival zamanı Mərkəzin parkı uşaq şəhərciyini xatırladıb. Park müxtəlif mövzular və əyləncə növləri üzrə zonalara bölünüb. Burada balacalara bir-birindən maraqlı və fərqli əyləncələr, maarifləndirici proqramlar təqdim olunub. Hər bir uşağın asudə vaxtını səmərəli keçirməsinə, istedadını nümayiş etdirməsinə imkan yaradılıb.

    Mahnı oxuyub rəqs etməyi sevən uşaqlar üçün xüsusi ayrılan zonada səhnə qurulub, milli və müasir rəqslər üzrə ustad dərsləri keçirilib, uşaq-gənclər inkişaf mərkəzlərinin istedadlı uşaqlarının konsert proqramı təqdim edilib. Gənc astronomlar üçün ayrılan meydançada astronomiya elmi haqqında məlumatlar əldə etmək mümkün olub.

    Yüksək texnologiyaya maraq göstərən uşaqlar robotlar, dronlar və avia zonasındakı dərslərə qoşula bilib, idmansevərlər üçün isə mini turnirlər, yarışlar, interaktiv oyunlar, şahmat yarışları təşkil edilib.

    “Uşaq festivalı”nda balacaların ixtiyarına verilən meydançalardan biri də art meydançası olub. “Street art” məkanında asvalt üzərində rəsmlər çəkilib.

    Məktəbimizin şagirdləri  “1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə Heydər Əliyev Mərkəzinin park hissəsində təşkil edilmiş tədbirdə fəal iştirak etmişdir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi