Müstəqillik Gününə həsr olunmuş tədbir
Mayın 25-də 257 nömrəli tam orta məktəbdə 28 May – Müstəqillik Günü ilə əlaqədar “Mənim hüquqlarım”adlı dərnəyin üzvləri və məktəbin şagirdləri ilə birlikdə təntənəli tədbir keçirildi. Tədbirə Dövlət himninin möhtəşəm sədaları ilə başlandı. Tədbirdə şagirdlər çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti ilə əlaqədar bir-birindən maraqlı məlumatlar söylədilər. Xalqımızın qədim dövlətçilik ənənələrindən danışaraq müstəqilliyin qorunub saxlanmasının onu qazanmaqdan daha çətin olmağından, ikinci dəfə müstəqillik qazandıqdan sonra onun qorunub saxlanılması üçün görülən işlərdən danışıldı. Ulu Öndər Heydər Əliyevin qətiyyətli siyasəti ilə möhkəmlənən və bu gün ölkə prezidenti cənab İlham Əliyevin apardığı düzgün siyasəti sayəsində dünyada tanınan dövlətimizin müstəqilliyinin əbədi olduğu bildirildi.
Bayram tədbirinə 28 May – Müstəqillik Gününə həsr olunmuş konsert proqramı ilə yekun vuruldu.