3-cü siniflərdə keçirilmiş monitorinq
17 may 2023-cü il tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən məktəbin III siniflərində monitorinq təşkil olundu. Hər iki bölmə üzrə keçirilən monitorinqdə şagirdlərin Tədris dili, Riyaziyyat və İngilis dili fənləri üzrə bilik və bacarıqları yoxlanılıb. Monitorinq materialları Azərbaycan və rus bölməsində iki variantda hazırlanıb. Monitorinq zamanı Tədris dili və İngilis dili fənlərindən dinləmə materialları şagirdlərə dinlədilib, 40 sualdan ibarət test toplusuna 90 dəqiqə vaxt verilib. Monitorinqdə istifadə olunan tapşırıqlar açıq və qapalı tipli olub. Monitorinq məktəb üzrə bütün 3-cü siniflərdə saat 10:00 da başlayıb.
Monitorinqin keçirilməsində əsas məqsəd Tədris dili, Riyaziyyat və İngilis dili fənlərindən əldə etdikləri bilik və bacarıqların dövlət standartlarına uyğunluqlarını müəyyən etmək və nəticələrə əsasən standartların reallaşdırılması istiqamətində fənn müəllimlərinə metodik dəstək olmaqdır.