Yaz tətili günlərində təşkil olunan gəzintilər
Tətil günlərinin səmərəli təşkili ilə bağlı məktəbin Tədbirlər Planına uyğun məktəblilərin maraqlarına səbəb olacaq gəzintilər təşkil olunub. Məktəbin 2X sinif müəllimi Könül Qurbanova şagird və valideynlərlə əvvəlcə Atəşgah məbədinə, daha sonra Qala muzeyində olublar. Təşkil olunmuş ekskursiyada qədim dövrün adət -ənənələri hörmət, tariximizlə bağlı yeni düşüncələr formalaşdırdı. Sonda şagirdlər xatirə şəkilləri çəkdirdilər.
Məktəbin 3Ç sinif müəllimi Maral Əliyeva şagirdlərlə Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edib. Ekskursiyada şagirdlərə Heydər Əliyev Muzeyi barədə məlumat verilib. Şagirdlər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərilə tanış olub, Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti və təbiətinə aid eksponatların nümayiş olunduğu sərgilərdə olublar. Sərgilənən eksponatların tarixi və memarlığı haqqında məlumatlar əldə ediblər.