Məktəblilərin yaz tətilinin səmərəli təşkili

    Məktəbin illik Fəaliyyət Planına uyğun olaraq şagird marağının yüksəldilməsi, dünyagörüşünün artırılması, şagirdlərin ehtiyac və maraqlarına əsaslanan tədbirlərin keçirilməsi, tədrisin keyfiyyətinin yüksəldilməsinə təsir edən ekskursiya gəzintilərin səmərəli təşkili məqsədilə yaz tətili günlərində məktəbin 2 B və 3 D sinif müəllimlərinin rəhbərliyi ilə valideynlərlə birgə şagirdlərin ekskursiyası təşkil olunub.     3 D sinif müəllimi Günel Həmidova şagirdləri ilə Zooloji Muzeydə olublar. Şagirdlər Zooloji Muzeyin yaranması, dünya və Azərbaycanın heyvanlar aləmindən hazırlanmış eksponatlarla tanış olublar. Daha sonra gəzinti Suraxanı gəmi- muzeyində davam etdirilib. Burada şagirdlərə muzeyin yaradılması haqqında məlumat verilib. Sonda "Odlar yurdu Azərbaycan" və 44 günlük Vətən Müharibəsindən bəhs edən sənədli film nümayiş olunub.
    Məktəbin 2 B sinif müəllimi Sevinc Şirəliyeva şagird və valideynlərlə əvvəlcə Təbiət Tarixi Muzeyində, sonra isə Miniatür Kitab Muzeyində olublar. Şagirdlər təşkil olunan gəzintidən yüksək təəssüratla qayıdıblar. 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi